Bidzina Kulumbeqov əhaliyə çağırış etdi
"Stabilizasiyamız var, amma sakitləşməyimiz üçün qətiyyən imkanımız yoxdur, çünki Gürcüstanda kovid tənzimləmənin qaldırılması şəraitində, təəssüf ki, halların sayı böyük ehtimalla aşağı enməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə immunoloq-allerqoloq Bidzina Kulumbeqov bildirib.
Onun sözlərinə görə, ölkədə yeni koronavirus hallarının sayının yayın ikinci yarısından etibarən artması üçün böyük bir şans var və əhali diqqətli olmalıdır.
“Bir mütəxəssis olaraq hər kəsi harada olmağınızdan asılı olmayaraq, ətrafınızda insanlar varsa mütləq maskadan istifadə etməyə çağırıram. Maskasız insanların çox olduğu yerlərə getməyin, xüsusilə qapalı məkanlarda", - dedi Kulumbeqov.
Xatırladaq ki, Koordinasiya Şurasının qərarına əsasən, 22 iyundan etibarən ölkədə açıq məkanda maska taxmaq məcburi deyil. Qapalı yerlərdə, ictimai nəqliyyatda və nəqliyyat dayanacaqlarında maskadan istifadə hələ də vacibdir.


