Milli Xəstəliklərə Nəzarət Mərkəzi əhaliyə müraciət edir
Milli Xəstəliklərə Nəzarət Mərkəzi yay mövsümü ilə bağlı tövsiyələrlə əhaliyə müraciət edir.
InterPress.ge xəbər verir ki, mərkəz xalqa uşaqları və ev heyvanlarını park edilmiş avtomobillərdə qoymamağı tövsiyə edir.
"Yaşayış mühitinin sərin olmasına çalışın. Ev temperaturunu səhər 08: 00-dan 10: 00-a qədər, 13: 00-da və 22: 00-dan sonra yoxlayın. Gündüz otağın ideal temperaturu 320C-dən, gecə isə 240C-dən çox olmamalıdır. Bu, uşaqlar, 60 yaşdan yuxarı insanlar və xroniki xəstəliklər diaqnozu qoyulanlar üçün xüsusilə vacibdir; Pəncərələri gecə açın və səhərədək açıq qoyun (təhlükəli deyilsə). Gün ərzində evə istilik nüfuzunu azaldın - xüsusilə günəş düşən tərəfin pəncərələrini, jalüzlərini bağlayın. Mümkünsə, elektrik cihazlarını və süni işıqlandırmanı söndürün. Günəş tərəfini kölgə pərdələri, jalüzlərlə örtün. Yaş dəsmallar asın, bu evi sərinləşdirməklə birlikdə havalandıracaq. Evinizdə kondisioner varsa, elektrik enerjisindən səmərəli istifadə etmək üçün bütün qapı və pəncərələri bağlayın. Bu, ölkədə elektrik çatışmazlığı riskini aradan qaldıracaq. Çox miqdarda maye qəbul edin", - Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatında bildirilir.
Mərkəzdən verilən məlumatda qeyd olunduğuna görə, bir neçə gün davam edən xüsusilə yüksək temperatur, mövcud xəstəliklərin ağırlaşması ilə yanaşı müəyyən xəstəliklərin meydana gəlməsinə və hətta ölümə də səbəb ola bilər.
"Çoxumuz yazın gəlişindən və isti hava şəraitindən məmnunuq, amma uzun müddət yüksək temperaturda qalmaq məcburiyyətində olduğunuzda sağlamlığınız təhlükə altına düşə bilər. İsti yay günlərində sizin və yaxınlarınızın isti dalğaların zərərli təsirlərindən qorunduğundan əmin olun.
Xüsusilə də bir neçə gün davam edən yüksək temperatur insan sağlamlığına birbaşa təsir göstərir - müəyyən xəstəliklərin inkişafına, mövcud olanların şiddətlənməsinə və hətta ölümə səbəb ola bilər. İsti hava xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Güclü istilik ürəyin daha sürətli döyünməsinə və tənəffüsün pisləşməsinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildə "isti dalğalar" Avropada 70.000 ölümə səbəb olub. İsti günlərdə özünüzü necə qoruyacağınızı bilmək sizin və yaxınlarınızın həyatını xilas edə bilər",- deyilir məlumatda.


