1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
08 
Okt
2021
11:57
487

Bu sektorlarda əvvəlki ilə nisbətən əmək haqqı artımı müşahidə edilib

2020 -ci ildə Gürcüstanda işçilərin orta aylıq nominal əmək haqqı keçən ilə nisbətən 5,4 faiz (61,5 lari) artaraq 1191,0 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

2020 -ci ildə bir çox sektorlarda əvvəlki ilə nisbətən əmək haqqı artımı müşahidə edilib. Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək maaşlar müşahidə edilib:

Maliyyə və sığorta fəaliyyəti - 2.156.9 lari (əvvəlki ilə nisbətən 6.2 faiz artıb);

İnformasiya və rabitə - 1 885.7 lari (əvvəlki ilə nisbətən 16.3 faiz artıb);

Peşə, elmi və texniki fəaliyyət - 1 852.3 lari (əvvəlki ilə nisbətən 2.3 faiz azalıb).

Eyni zamanda, 2020 -ci ildə qadınların orta aylıq əmək haqqı 952,2 lari, kişilərin isə 1 407,7 lari olaraq müəyyən edilib. İllik əmək haqqı artımı qadınlarda 9,6 faiz, kişilərdə isə 3,4 faiz təşkil edib. Fəaliyyət növlərinə görə demək olar ki, bütün sektorlarda kişilərin orta aylıq əmək haqqı qadınların orta aylıq əmək haqqından yüksək olub.

Bizimlə əlaqə saxlayın