31 
Yan
2020
21:57
995

Kobi Brayantın həyat yoldaşından təsirli paylaşım - FOTO

Həyat yoldaşı Kobi Brayant və 13 yaşlı qızı Ciannanı helikopter qəzasında itirən Vanessa Brayant ilk açıqlamasını verib.

İnterPress.ge xəbər verir ki, NBA və "Los-Ancels Leykers"in əfsanələrindən olan Kobi Brayant Kaliforniya əyalətinin Kalabasas şəhəri yakınlarında bazar günü keçirdiyi helikopter qəzasında qızı Cianna ilə birliktə həyatını itirib. Pilot səhvindən qaynaqlandığı ehtimal olunan qəzada, helikopterdə olan 9 nəfərdən sağ qalan olmayıb.

Kobi Brayantın həyat yoldaşı Vanessa, qəzadan sonra səssizliyini pozaraq, ilk açıqlamasını verib. Sosial media hesabından ailəvi foto paylaşaraq aşağıdakı mesajı yazıb.

“Qızlarım və mən bu qorxunc dönəmdə bizə dəstək olan və sevgisini göstərən milyonlarla insana təşəkkür etmək istəyirik. Dualarınız üçün minnətdarıq. Buna çox ehtiyacımız var. Sevgi dolu ərim və əziz qızım Ciannanın ani ölümü ilə məhv olduq. Bazar günü eyni qəzada həyatını itirən digər ailələrin acıları arasında özümüzü itirdik. Onların dərdlərini bölüşürük. Hazırda çəkdiyimiz acını ifadə edəcək kəlmə yoxdur. Kobi və Ciannanın bu qədər çox sevildiyini görməklə, az da olsa ovunuram. Onlara sahib olduğumuz üçün özümüzü şanslı hiss edirik. Sonsuzadək bizimlə olmaqlarını diləyirəm. Onlarsız həyatı təsəvvür etmək belə imkansızkən, hər səhər qızım və Kobi üçün oyanmalı, həyatımıza davam etməliyik. Cici, yolumuzu işıqlandırmaq üçün üzərimizdə parlayır. Onlara qarşı sevgimiz sonsuzdur. Onları bir dəfə qucaqlamaq, öpmək istərdim. Sonsuzadək onlarla qalmaq istərdim. Dərdimizi bölüşdüyünüz və bizə dəstək olduğunuz üçün təkrar təşəkkür edirəm. Bizə ayaq üstə qalmaq üçün güc verdiyinizə görə, Kobi, Cici, Nataliya, Biyanka, Kapri və məni bu qədər sevdiyinizə görə sizə minnətdaram”.

Kədərli ana və həyat yoldaşı yeni profil fotosuna Kobi və Ciannanın birlikdə çəkdiyi fotonu qoyub.

Bizimlə əlaqə saxlayın