05 
Dek
2021
11:30
348

Əmək Müfəttişliyi gecə klubları ilə bağlı bəyanat yayır

Əmək Müfəttişliyi gecə klubları ilə bağlı bəyanat yayır.

InterPress.ge xəbər verir ki, müfəttişlik gecə klublarını qadağan olunmuş fəaliyyətlə məşğul olmamağa çağırır, əks halda obyektlər cərimə və ya möhürlənmə kimi müvafiq inzibati cəzalara məruz qalacaq.

"Dekabrın 1-dən Gürcüstanda yaşıl pasport konsepsiyasının tətbiqindən sonra Əmək Müfəttişliyi müxtəlif biznes sektorlarının nümayəndələri ilə fəal görüşlərə başladı. O cümlədən Gecə Klubları Assosiasiyası ilə də görüşlər keçirildi, (Gürcüstanın Mədəniyyət və Yaradıcı Sənayelər Birliyi / act4culture), burada fəaliyyətin təhlükəsiz və davamlı bərpası məsələləri müzakirə olundu. Sektorun yaxın zamanlarda fəaliyyətini bərpa edəcəyinə dair razılıq əldə olundu, buna görə də bənzər yerlərdə müştərilərin  təhlükəsizliyini maksimum təmin etmək üçün Əmək Müfəttişliyi yaşıl pasportlardan əlavə digər səlahiyyətli qurumları cəlb etməklə, təhlükəsiz fəaliyyət üçün protokol hazırlayacaq.

Bu məlumat tərəfimizdən sektorda qeydiyyatdan keçmiş müxtəlif sahibkarlıq subyektlərinə fəal şəkildə çatdırılmışdır.  Buna baxmayaraq, onların bəziləri nizam-intizamdan yan keçərək hələ də icazəsiz tədbirlər təşkil etməkdə davam edirlər, bunun nəticəsində ölkədəki epidemioloji vəziyyət kəskin şəkildə pisləşir. 

Sektor tövsiyəsi/protokolunun təsdiqindən sonra yaxın vaxtlarda sektorun fəaliyyətinin bərpası planlaşdırılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın