20 
Dek
2021
19:36
3015

Qiorqi Marqvelaşvili: "Əsas problem, cənab Saakaşvili deyil, cənab Putindir"

Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşvili Salome Zurabişvili ilə görüşündən danışıb.

InterPress.ge xəbər verir ki, görüş zamanı müzakirə olunan əsas məsələ Salome Zurabişvilinin təşəbbüsü olub.

“Əsas məsələ Salome Zurabişvilinin başlatdığı siyasi-ictimai proses idi. Əsas problem, məncə, cənab Saakaşvili deyil, cənab Putindir. Gürcüstan və Ukrayna kimi ölkələr üçün çox ciddi risklər var. Ümid edirəm ki, prezident Saakaşvili ilə görüşəcəm, o, ilk növbədə, ən böyük müxalifət partiyasının lideridir və “Milli Hərəkat” olmadan razılıqdan danışmaq təbii ki, boş şeydir. Hesab edirəm ki, üç prezidentin bu ilkin şərtlər olmadan məsələləri müzakirə etməyə başlaması düzgündür", - Qiorqi Marqvelaşvili bildirib.

Qeyd edək ki, Qiorqi Marqvelaşvili artıq Saakaşviliyə baş çəkmək xahişi ilə Penitensiar Xidmətə, Müdafiə Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət edib. O, məktubda Mixeil Saakaşvili ilə “prezident Zurabişvilinin başlatdığı barışıq prosesini” müzakirə etmək istədiyini açıqlayıb.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili dördüncü prezident Qiorqi Marqvelaşvili ilə görüşməyə hazır olduğunu bildirib. O, hakimiyyəti Marqvelaşviliyə maneə yaratmamağa çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər