Mixeil Saakaşvili növbəti məktubunu paylaşdı
"Mənə qarşı güc tətbiq edən yüksək rütbəli ukraynalı sərhədçisi hazırda Ukraynanın Borispol Rayon Məhkəməsi tərəfindən “işgəncə və qeyri-insani rəftar” ittihamı ilə mühakimə olunur və uzun müddət həbsdə saxlanılması gözlənilir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Dövlət Müfəttişliyi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatları qorumaq haqqında” qanunu pozaraq məlumatları ictimailəşdirib. Dövlət müfəttişi Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib. O cümlədən, hər iki qurum ümumilikdə 2500 lari məbləğində cərimələnib.


