21 
Dek
2021
13:43
442

Bu gün Vahid Milli Hərəkat partiyası genişmiqyaslı aksiya keçirəcək

Tbilisidə keçirilməsi planlaşdırılan mitinqə Milli Hərəkat tərəfdarları bölgələrdən də qoşulur. 

InterPress.ge xəbər verir ki, onlar karvanlarla paytaxta gedəcəklər.

Artıq “Milli Hərəkat”ın karvanı Acarıstandan Tbilisiyə yola düşüb.

Acarıstan Ali Şurasında Milli Hərəkətın üzvü Qiorqi Kirtadzenin sözlərinə görə, gürcü xalqı üçüncü prezident Mixeil Saakaşvilinin həbsi ilə barışmayacaq.

"Biz həm ölkə daxilində, həm də xaricdə dəfələrlə səsimizi eşitdirəcəyik. Gürcü xalqı üçüncü prezidentin həbsi ilə barışmır", - Qiorqi Kirtadze deyib.

Məlumat üçün bildirək ki, Vahid Milli Hərəkat dekabrın 21-də, saat 18:00-da Rustaveli prospektində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçirəcək.

Vahid Milli Hərəkatın liderlərindən olan Zaal Udumaşvilinin dediyinə görə, parlament binasının qarşısında səhnə qurulacaq və oradan etirazçılar qarşısında çıxış ediləcək.

 

Bizimlə əlaqə saxlayın