22 
Dek
2021
16:29
801

Parlament yeni qanunu təsdiqlədi

Parlament qumar və uduş oyunları ilə bağlı qaydaları sərtləşdirməyi nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

InterPress.ge xəbər verir ki, parlament “Lotereya, qumar və uduş oyunları haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri 82 səslə qəbul edib.

Dəyişikliklər daha 7 qanunda öz əksini tapıb. Layihəyə əsasən, qumar oyunları üçün minimum yaş həddi 25 yaşa qədər qaldırılır. Eyni zamanda, dövlət məmurlarına və sosial cəhətdən həssas insanlara qumar oyunları qadağan ediləcək - hakim komandadan verilən məlumata görə, qadağa 1 milyon vətəndaşa şamil olunacaq.

Parlamentin dəstəklədiyi layihəyə görə, qanunda oyuna aludə olan şəxs anlayışı daxil edilib. Oyuna asılılığı olan şəxslərin siyahısına məlumatların daxil edilməsi qaydaları və müddətləri müəyyən edilib. Şəxs öz ərizəsi əsasında oyuna asılı olanlar siyahısına daxil edilməsini tələb edə bilər. Həmçinin, onun ailə üzvü həmin şəxsin məlumatlarının məhkəmə qaydası ilə reyestrə daxil edilməsini tələb etmək hüququna malik olacaq.

Oyun aludəçiləri və qadağan olunmuş şəxslərin siyahısı Gəlirlər Xidməti tərəfindən həyata keçiriləcək. Həmin şəxs beş il müddətinə oyuna aludə olan şəxslər siyahısına daxil ediləcək.

Eyni layihə çərçivəsində Gürcüstan ödəniş kartları ilə xarici qumar və uduş oyunları üçün onlayn ödənişlər qadağan ediləcək. Qanun layihəsinə əsasən, bütün vergi xidməti göstərənlərə, o cümlədən kommersiya banklarına və mikromaliyyə təşkilatlarına onların xeyrinə ödənişləri təmin etmək üçün xarici qumar şirkətləri ilə əlaqələr qurmaq qadağan edilir.

Qumar və uduş oyunlarına görə inzibati məsuliyyət sərtləşdirilir - yeni cərimə növləri tətbiq edilir, qanunla nəzərdə tutulmuş cərimələrin məbləği artır.

Bundan əlavə, qumar, totalizator, loto, binqo və onların təşkilatçıları ilə bağlı reklamlara məhdudiyyət qoyulacaq. Qadağalar televiziya reklamının hissəsinə daxil olur - layihənin son variantında televiziya reklamı, sponsorluq elanları və proqramda məhsulların (malların/xidmətlərin) yerləşdirilməsi qadağan edilir.

Yeni qaydalar 2022-ci il martın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər