22 
Dek
2021
16:37
1741

Bazarda işləyən ticarətçilərə ŞAD XƏBƏR

Bazarlarda işləyən ticarətçilər üçün nəzarət-kassa aparatlarından istifadə öhdəliyi daha bir il - bu dəfə 2023-cü il yanvarın 1-dək təxirə salınıb.

InterPress.ge xəbər verir ki, “Vergi Məcəlləsi”nə nəzərdə tutulan dəyişikliklər parlamentdə 79 səslə qəbul edilib.

2022-ci il yanvarın 1-dən bazar ərazisində ticarətlə məşğul olan fiziki şəxs malların verilməsi  zamanı nəzarət-kassa aparatından istifadə etməyə borclu olacaqdı.

Layihənin izahat kartında oxuduğumuza görə, bu müddət ərzində qanunun qəbulu üçün müəyyən hazırlıq və müvafiq işlərin görülməsi tələb olunub, lakin qlobal pandemiyanın ölkədə yaratdığı vəziyyət işin görülməsi üçün əlavə vaxt tələb edib və qanunun qüvvəyə minməsini 2023-cü il yanvarın 1-nə qədər təxirə salmaq zərurəti yaranıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər