"Amnistiya haqqında" qanunlayihə parlament Bürosunun iclasında təqdim olunacaq
Parlamentin İnsan hüquqları komitəsinin sədri Mixeil Sarcveladzenin hazırladığı “Amnistiya haqqında” layihə parlament Bürosunun bu gün keçiriləcək iclasında təqdim olunacaq.
InterPress.ge xəbər verir ki, amnistiya layihəsi nəticəsində 5 mart 2020-ci il - 25 may 2020-ci il tarixləri arasında, o cümlədən 28 noyabr 2020-ci ildən 1 yanvar 2021-ci il tarixinədək təqsirləndirilən və ya məhkum olunmuş şəxs statusu ilə həbsdə olan və Həbs Məcəlləsi ilə təminat verilmiş qısamüddətli görüşə məhdudiyyət qoyulmuş şəxslərin cəza çəkən zaman həbsdə olmasının bir günü aşağıdakı kimi hesablanacaq: 4 gün həbs: 5 gün cəza çəkmək.
Amnistiya aktı 2004-cü il yanvarın 1-dək törədilmiş cinayətlərə də şamil edilir.
2004-cü il yanvarın 1-dək “Cinayət Məcəlləsi”ndə nəzərdə tutulmuş cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən və cəzadan (ömürlük azadlıqdan məhrum etmə növündən başqa) azad edilir.
Amnistiya qəsdən adam öldürməyə (maddə 108), ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə (maddə 109), yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli cinayətlərə (137-141, 253-255/2), işgəncəyə (maddə 144/1), işgəncə ilə hədələməyə (maddə 144/2), alçaldıcı və ya qeyri-insani rəftara (maddə 144/3), terrorizmlə bağlı cinayətlərə (323-331/2), insanlığa qarşı cinayətlərə (maddə 404-413) şamil edilmir. Eyni zamanda, qanun layihəsinin qəbulu nəticəsində konkret cinayət törətmiş şəxslər həm əsas, həm də əlavə cəzalardan, habelə şərti cəzadan və sınaq müddətindən azad olunacaqlar.


