Vəkil: "Üçüncü prezident Mixeil Saakaşvili dördüncü prezident Qiorqi Marqvelaşvili ilə görüşün çox vacib olacağını düşünür"
"Üçüncü prezident Mixeil Saakaşvili dördüncü prezident Qiorqi Marqvelaşvili ilə görüşün çox vacib olacağını düşünür".
InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin vəkili Şota Tutberidze üçüncü prezidenti ziyarət etdikdən sonra jurnalistlərə bildirib.
Tutberidzenin jurnalistlərə verdiyi məlumata görə, o, Saakaşvili ilə bugünkü məhkəmə prosesi, həmçinin Qiorqi Marqvelaşvili ilə görüş barədə danışıb.
“O, hələ də səhhəti baxımından zəifdir. Lakin onun mənə dediyi kimi, müalicə kursu stabil şəkildə gedir. Nəticələrə gəlincə, yəqin ki, vəziyyətinin necə olacağını bir neçə gündən sonra görəcəyik. Məhkəməyə gəlincə, təbii ki, o, olduğu kimi qiymətləndirilir və bu məhkəmənin ədalətlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda o hesab edir ki, dövlət müfəttişliyinə təzyiqlər, siyasi təzyiqdən qorxmayan bu qurumun birbaşa ləğvi Gürcüstan dövlətçiliyinə növbəti mühüm zərbə deməkdir. Hazırda Qiorqi Marqvelaşvili ilə görüşü gözləyir. Görüşün təbii olaraq çox vacib və məhsuldar olacağını düşünür. Təbii ki, görüşün məzmu ila bağlı sizə heç nə deyə bilməyəcəyəm”, - Tutberidze bildirib.
Onun sözlərinə görə, Marqvelaşvili ilə görüşün müddəti 3 saat olacaq.
“Mənim bildiyimə görə, görüşün vaxtı 12:00-dan 15:00-a kimi müəyyən edilib. Bununla belə, bu da dəyişə bilər. Bu, prezidentlərin özləri tərəfindən müəyyən edilmiş və penitensiar xidmətlə razılaşdırılmış vaxtdır”, - Tutberidze bildirib.


