30 
Dek
2021
10:39
305

Parlament Gürcüstanın Seçki Məcəlləsinə dəyişiklikləri dəstəkləyib

Parlamentin növbədənkənar sessiyasının plenar iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

Üzvi qanun layihəsi ilə 2020-ci il parlament seçkiləri nəticəsində seçilmiş parlamentin səlahiyyətlərinin tanındığı gündən Gürcüstan parlamentinin təkrar proporsonal seçki sistemi ilə keçiriləcək seçkilərinin təyin edilməsi gününə qədər Gürcüstan parlamentinin əlavə seçkilərinin keçirilməsi üçün istifadə ediləcək bəzi normalar, keçid dövründə MSK tərəfindən bəzi prosedurların elektron vasitələrlə həyata keçirilməsi və keçid dövründə MSK-nın Məsləhətləşmə Qrupunun yaradılması ilə bağlı məsələlər tənzimlənir.

Təşəbbüskarlardan Davit Matikaşvilinin izah etdiyinə görə, qanun layihəsi növbəti, növbədənkənar və əlavə seçkilərin keçirilməsi üçün istifadə olunan seçki prosesi ilə bağlı bəzi prosedur məsələlərini dəqiqləşdirmək məqsədi daşıyır.

“Təqdim olunan qanun layihəsi seçkilərin problemsiz həyata keçirilməsinə, texniki cəhətdən düzgün seçki prosesinin keçirilməsinə xidmət edir. Qanun layihəsinin qəbulu nəticəsində texniki və prosessual çatışmazlıqlar aradan qaldırılacaq. Seçki prosesi zamanı, səsvermə günü kimin seçki məntəqəsində mətbuat və digər kütləvi informasiya vasitələrinin nümayəndəsi ola bilməyəcəyi müəyyən edilir. Müəyyən edilir ki, seçkilərin ikinci turu zamanı dairə seçki komissiyası tərəfindən seçilmiş məntəqə seçki komissiyası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, habelə zəruri hallarda komissiya üzvlərinin sayı 17 nəfərə qədər olacaq. Seçki subyekti tərəfindən birinci turda irəli sürülmüş namizəd seçki komissiyasının nümayəndəsi təyin edilə bilməz. 2020-ci il parlament seçkiləri nəticəsində seçilmiş parlamentin səlahiyyətlərinin tanındığı gündən Gürcüstan parlamentinin təkrar proporsonal seçki sistemi ilə keçiriləcək seçkilərin təyin edilməsi gününə qədər Gürcüstan parlamentinin əlavə seçkilərinin keçirilməsi üçün istifadə ediləcək bəzi normalar dəqiqləşdirilir. Keçid dövrü üçün MSK bəzi prosedurları elektron vasitələrlə həyata keçirə biləcək, keçid dövrü üçün isə MSK-nın Məsləhətləşmə qrupunun yaradılması ilə bağlı məsələlər müəyyən olunacaq”, - deyə Davit Matikaşvili bildirib.

Qanun layihəsi 82 səslə dəstəklənib, 1 nəfər isə əleyhinə olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər