03 
Yan
2022
16:33
972

Vəkil: "Bu il Saakaşvilinin azad olunması ili olmaldır"

"Bu il Mixeil Saakaşvilinin həbsinə son qoyulması ili olmalıdır".

InterPress.ge xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin vəkili Beka Basilaia deyib.

Onun sözlərinə görə, həbsdə olarkən üçüncü prezidentin fundamental hüquqları əsaslı şəkildə pozulub və bu hüquqların bərpasını nəzərə alaraq, Saakaşvilinin azadlığa buraxılması həlledici əhəmiyyət kəsb edir.

"Bu il Mixeil Saakaşvilinin vəkillərinin onunla görüşdüyü ilk ildir, təbii ki, bu il onun həbsinin bitdiyi il olmalıdır. Biz bir sıra fundamental hüquqların əsaslı şəkildə pozulduğunu görürük və bu hüquqların bərpasını nəzərə alsaq, Saakaşvilinin azad edilməsi çox vacibdir. Eyni zamanda, Dövlət Müfəttişliyi Saakaşviliyə qarşı işgəncə faktını araşdırır, o, iş üzrə zərərçəkmiş olmalıdır və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hərəkətləri törətmiş şəxslərin hərəkətlərinə qiymət verilməlidir", - Beka Basilaia söyləyib.

Hüquq müdafiəçisi Şota Tutberidzenin sözlərinə görə, Rustavi həbsxanasında Saakaşvili ilə görüş zamanı məxfilik şərtləri pozulub.

"Burada ünsiyyətin məxfilik prinsipinə zəmanət verilmir, bütün pəncərələr açıqdır və fikirləri bir-birinə çatdırmağın yeganə yolu ucadan danışmaqdır ki, bizi eşidən insanlar nə dediyimizi yaxşı başa düşsünlər, aydındır ki, bu məsələ çətindir. Vəkillər Assosiyasiyasından xahiş edirik ki, bu problemə münasibət bildirsin və həmçinin Penitensiar Xidmətə fundamental hüququn pozulduğunu daim xatırladırıq, məxfi əlaqəyə sahib olmalıyıq", - deyib Şota Tutberidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər