12 
Yan
2022
11:01
335

Mamuka Xazaradze: "Məhkəmə nə vaxt düzgün işlədi ki, bu gün də işləsin?"

“Ölkəmin uğuru üçün sona qədər mübarizəmi davam etdirəcəyəm”.

InterPress.ge xəbər verir ki, bunu Lelo lideri Mamuka Xazaradze partiyanın ofisində jurnalistlərə bildirib.

Xazaradzenin qeyd etdiyinə görə, o, özü, Badri Caparidze və Avtandil Tsereteli barəsində Tbilisi Şəhər Məhkəməsinin hansı qərar çıxaracağını əvvəlcədən deyə bilməyəcək.

“Gözləyək, əvvəlcədən soruşmaq nəyə lazımdır? Yarım saat qalıb, sonra deyəcəyəm. Məhkəmə nə vaxt düzgün işlədi ki, bu gün də işləsin? Ölkəmin uğurları üçün sona qədər mübarizə aparacam”, - deyə Mamuka Xazaradze bildirib.

Təqsirləndirilən siyasətçilər - Mamuka Xazaradze və Badri Caparidze “Lelo” partiyasının mərkəzi ofisində Tbilisi Şəhər Məhkəməsinin qərarının elanını gözləyirlər. Partiyanın ofisinə başqa partiyaların nümayəndələri də gəlib.

Bizimlə əlaqə saxlayın