15 
Yan
2022
14:59
497

Teona Çalidze: "Sosial agentlər səhiyyə nazirləri tərəfindən dəfələrlə aldadılıb"

"Xidmət agentliyi işçiləri illərdir aldadılır".

InterPress.ge xəbər verir ki, "Ağmaşenebeli Strategiyası"nın sosial məsələlər üzrə rəhbəri Teona Çalidze Sosial Xidmətlər Agentliyinin işçilərinin işlərinə ara verməsinə belə münasibət bildirib.

Onun sözlərinə görə, sosial agentlərin tələbləri tam qanuni və ədalətlidir.

“Sosial agentlər səhiyyə nazirləri tərəfindən dəfələrlə aldadılıb, onlar sosial cəhətdən həssas bazaya daxil olmaq ərəfəsindədirlər. Onların bütün müraciətləri Səhiyyə Nazirliyi tərəfindən təmin edilməlidir. Tələblər qanuni və ədalətlidir.

390-a qədər işçi tələb edir: iş tariflərinin və yol xərclərinin artırılması, analıq məzuniyyətinə çıxarkən maaşalarının tam ödənilməsi, tibbi sığorta, bülleten zamanı maaşlarının saxlanması, həmkarlar ittifaqı ilə kollektiv müqavilə bağlanması.

Dəfələrlə əmək haqları uğrunda işlərinə ara verən Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına, sosial agentlərə həmrəyliyimi bildirirəm, çünki bu insanlar illərdir aldadılıblar.

Baxaq, həkim ailəsində böyüyən beş uşaq atası səhiyyə naziri sosial agentlərin işlərinə ara vərməsinə necə reaksiya verəcək”, - Teona Çalidze bildirib.

Bizimlə əlaqə saxlayın