Ölkədə epidemioloji vəziyyəti idarə etmək üçün əsgələr cəlb oluna bilərmi sualına nazir açıqlama verdi
"Ölkədə epidemioloji vəziyyəti idarə etmək üçün əsgərlərin cəlb edilməsinə ehtiyac yoxdur".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Zurab Azaraşvili deyib.
Azaraşvilinin sözlərinə görə, kovid infeksiyasına yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi və evdə müalicəsi ilə bağlı bütün hallar adekvat şəkildə davam edir.
"Kovid-in yeni Omikron ştammı kifayət qədər yüngül gedişlə xarakterizə olunur və çox müsbət haldır ki, bizdə xəstəxanaya yerləşdirmə sayı xeyli azalıb və Omikron və onun idarə edilməsi ilə bağlı problemlər artıq distant rejimə keçir - bu, zəng mərkəzi, qaynar xətt, onlayn klinikalarımız və ya 112 xidmətləri ola bilər və adekvat sayda personalın olması vacibdir. Keçən həftə biz qaynar xətt və onlayn klinikalara lazımi sayda operator və ixtisaslı həkim əlavə etdik. Hesab edirəm ki, heç bir zəng cavabsız qalmamalıdır, biz xəstəxanaya yerləşdirmə və evdə müalicə ilə bağlı bütün halları adekvat idarə edirik və bununla bağlı hər hansı problem və ya çətinlik gözləmirik. Hesab edirəm ki, bu prosesləri idarə etmək üçün əsgərlərin bu məsələyə cəlb edilməsinə ehtiyac yoxdur", - Azaraşvili bildirib.


