18 
Yan
2022
14:15
199

ABŞ səfiri: "Jurnalistlərin təhlükəsizliyi son dərəcə vacibdir"

"Jurnalistlərin təhlükəsizliyi son dərəcə vacibdir. Onlar öz fəaliyyətlərini təhlükəsiz, qorxu, təhdid və təqib olmadan həyata keçirə bilməlidirlər".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

"Mtavari Arxi"nin baş direktoru Nika Qvaramianın öldürülməsinə görə Gürcüstana gələn vətəndaşların hakimiyyət tərəfindən ölkədən çıxarıldığı ilə bağlı yayılan xəbərlərə münasibətiniz barədə sualı cavablandıran səfir bu barədə məlumatı olmadığını, lakin jurnalistlərin təhlükəsizliyinin hər şeydən vacib olduğunu deyib.

"Məndə bu məsələ ilə bağlı heç bir məlumat yoxdur. Bildiyimə görə, cənab Qvaramia bu məsələ ilə bağlı Təhlükəsizlik Xidməti ilə danışıb və ümid edirəm ki, bu məsələyə ciddi yanaşacaqlar. Jurnalistlərin təhlükəsizliyi son dərəcə vacibdir. Onlar öz fəaliyyətlərini təhlükəsiz, qorxu, təhdid və təqib olmadan həyata keçirə bilməlidirlər. Əsasm əsələ ondan ibarətdir ki, jurnalistlər istənilən demokratiyada çox mühüm rol oynayır və mən ümid edirəm ki, Gürcüstanda onların hüquqları qorunacaq", - səfir bildirib.

Bizimlə əlaqə saxlayın