21 
Yan
2022
12:04
323

Ukrayna ombudsmanı Grücüstanın ədliyyə nazirinə müraciət etdi

Ukraynanın Xalq Müdafiəçisi Lüdmila Denisova Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ixtisaslı psixoloji və fiziki reabilitasiya ilə təmin edilməsi və Rustavi Penitensiarında onunla görüşməsinə icazə verilməsi xahişi ilə müraciət edib.

InterPress.ge xəbər verir ki, Denisova bu barədə Facebook-da yazıb.

Denisova Gürcüstan parlamentinin deputatları Levan Bejaşvili və Tamar Kordzaia ilə görüş barədə də yazıb.

Onun sözlərinə görə, görüşdə o, Mixeil Saakaşvilinin səhhətinin pisləşməsindən narahatlığını bildirib və bunu Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcarianın rəhbərlik etdiyi Həkimlər Şurası da təsdiqləyib.

“Gürcüstan parlamentarilərinə məlumat verdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ixtisaslı psixoloji və fiziki reabilitasiyasını təmin etmək üçün Gürcüstanın ədliyyə nazirinə müraciət etmişəm. Gələn ay Mixeil Saakaşvilini Rustavi Penitensiarında ziyarət etmək planlarımdan danışdım. Mən Gürcüstanın ədliyyə nazirinə müvafiq icazə tələbi ilə müraciət etdim”, - Denisova yazıb.

Bizimlə əlaqə saxlayın