14 
May
2022
17:58
144

Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin Hava Limanının açılışında iştirak ediblər

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. 

Azərbaycan Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb. 

Daha sonra hər iki ölkənin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

Bizimlə əlaqə saxlayın