04 
Iyn
2022
19:56
2480

Gürcüstanda ukraynayönlü xeyriyyə idman tədbiri keçiriləcək

İyunun 5-də Gürcüstanda ukraynayönlü "Ukrayna üçün yürüş" xeyriyyə idman tədbiri keçiriləcək.

InterPress.ge xəbər verir ki, tədbir Beynəlxalq İdman, Turizm və Gənclər Fondu tərəfindən təşkil olunub.

Təşkilatçıların sözlərinə görə, tədbir yüzlərlə insanı birləşdirəcək, hər bir iştirakçı üçün qeydiyyat haqqı - 30 lari müharibədən zərər çəkmiş ukraynalılar üçün tam xərclənəcək.

Yarış iştirakçılarına yerindəcə Gürcüstan-Ukrayna bayraqları olan köynəklər veriləcək. Ziyarətçilər stolüstü tennis, frizbi, həndbol, voleybol, beysbol, amerikan futbolu oynamaq və oxatma ilə məşğul olmaq imkanı əldə edəcəklər. Bundan əlavə İstirahət və yemək yerləri də təşkil olunacaq.

Yürüş məsafəsi 8 km-dir. Qaliblər qadınlar və kişilər arasında açıqlanacaq. Onlara mükafatlar veriləcək. Yarış başa çatdıqdan və qaliblərin mükafatlandırılmasından sonra “Sərnişinlər” qrupunun xeyriyyə konserti keçiriləcək.

Tədbirdə müharibə ilə əlaqədar müvəqqəti olaraq Gürcüstana gələn ukraynalılar iştirak edəcək. Yerlərdə ukraynalı uşaqların əl işlərinin sərgisi və satışı təşkil olunacaq.

Yürüş Gürcüstan Biznes Assosiasiyası, "Chiaturmanganum Georgia", Tbilisi meriyası tərəfindən dəstəklənir.

İdman tədbiri Lopota yaxınlığındakı Telavi Bələdiyyəsində keçiriləcək. Nəqliyyat təmin olunacaq. Avtobuslar Tbilisidən saat 09:30-da "Redison blu iveria" oteli yaxınlığından yola düşəcək və idman tədbiri bitdikdən sonra geri qayıdacaq.

Bizimlə əlaqə saxlayın