22 
Iyn
2022
12:03
133

İstintaq Xidməti aksiz markası olmadan saxlanılan mallar aşkar edib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində aksiz markası ilə markalanmalı olan malların aksiz markasız saxlanması faktı ilə bağlı bir nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir  ki,  bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs daha sonra satmaq üçün evində külli miqdarda xarici aksizsiz müxtəlif nominallı spirtli içkilər saxlayıb. Araşdırma nəticəsində 7869 lari dəyərində aksizsiz içkilər götürülüb.Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 4 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə istintaq aparılır", - deyə məlumatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın