18 
Avq
2022
23:21
556

Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Ukraynanın Lvov şəhərində qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə  Türkiyə mediası görüşlə bağlı məlumat və fotolar yayıb.

Onların məlumatına görə, liderlər arasında danışıqlar Pototsk sarayında keçirilir. İkitərəfli görüş zamanı Türkiyə və Ukrayna liderləri ölkələri arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin bütün aspektlərini müzakirə edəcəklər.

Ərdoğan və Zelenski arasında ikitərəfli danışıqlardan sonra Ukraynada səfərdə olan BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi üçtərəfli sammit keçiriləcək.

Türkiyə prezident administrasiyasının məlumatına görə, Ərdoğan, Zelenski və Quterreş Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün atılacaq addımları müzakirə edəcək, həmçinin Ukrayna taxılının dünyaya ixracı üçün yaradılmış mexanizmin necə qorunub saxlanacağı barədə danışacaqla.

Üçtərəfli görüşdən sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.

Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ərdoğan və Zelenski arasında Qərbi Ukraynada keçirilən görüş çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Aleksi Reznikov da görüş keçirib. Onlar ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər