Rusiya Müdafiə Nazirliyi: "Ukraynalılar Zaporojye AES- na nəzarəti bərpa etməyə çalışıblar"
Ukrayna qüvvələri bu gün səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti bərpa etməyə çalışıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün səhər saatlarında 60-a yaxın ukraynalı əsgər iki tərəfin işğal etdiyi əraziləri ikiyə bölən Dnepr çayını qayıqlarla keçib. Rusiya Ukraynanı “təxribat” təşkil etmək cəhdində ittiham edir, onların iddiasına görə, məqsədi Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin planlaşdırılan səfərini pozmaqdır.
“Müxalif qoşunların məhv edilməsi üçün müvafiq tədbirlər görülüb, o cümlədən hərbi aviasiyadan istifadə edilib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Enerqodar şəhərinin meri Dmitri Orlov bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası hələ də elektrik stansiyasına çata bilmir, çünki Rusiya qüvvələri əvvəlcədən razılaşdırılmış marşrutları bombalayıb.


