Aİ Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmasını alqışlayır
Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmasını alqışlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi məlumat verib.
"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs razılaşmasını alqışlayır. Atəşkəs razılaşmasına indiyədək əməl olunması ilə bağlı yerli məlumatlardan məmnunuq. Tərəfləri onu həyata keçirməyə davam etməyə və əsgərlərin cəsədlərinin təhvil verilməsi kimi humanitar addımları əlaqələndirməyə çağırırıq", - Avropa İttifaqının yaydığı bəyanatda deyilir.
Bundan əlavə, Avropa İttifaqı elan edir ki, onun xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrelin mandatlığı ilə dünən Bakıda, bu gün isə İrəvanda yüksək səviyyəli məsləhətləşmələr aparır.
"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesində, o cümlədən Avropa Şurasının prezidenti Şarl Mişel vasitəsilə ən yüksək səviyyədə fəal iştirak etməkdə davam edir", - bəyanatda deyilir.


