
26 yaşlı gənc qızın ölümündə ailəsi həkimləri günahlandırır - FOTO
Qori sakini 26 yaşlı Eter Metivişvilinin ölümündə ailəsi həkimləri günahlandırır.
Bu barədə InterPress.ge newsposts-a istinadən xəbər verir.
Ailənin qeyd etdiyinə görə, Tbilisinin mərkəzi xəstəxanasında gənc qadına sıravi pozuntularla öd əməliyyatı ediblər və bundanirəli gələrək 26 yaşlı qadın dünyasını dəyişib.
Dünyasını dəyişən qızın anası qeyd edir ki, həkimlər məsuliyyətli yanaşsaydılar xəstə indi sağlam olardı. Eterin sağlamlığında başqa problem yox idi.
“Ayın 18-də öd əməliyyatı baş tutdu. Əməliyyatdan sonra Eterin halı ağırlaşdı və ikinci dəfə ayın 20-də əməliyyat oldu. Bu əməliyyatdan sonra bizə dedilər ki, vəziyyəti ağırdır və o reanimasiya şöbəsinə yerləşdirilib. Mən övladımı görəndə artıq onda ölü nişanları gördüm. O, həkimlərin bizə xəbərindən qabaq dünyasını dəyişmişdi. Həkimlərin cəzalandırılmasını və səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, - bildirir anası.
Sözügedən klinikadan isə bildirilir ki, bununla bağlı ekspertizadan cavab gözlənilir və xəstənin ölüm səbəbi ekspert rəyindən sonra məlum olacaq.