“Tesla”nın sahibi bir gündə 15,5 milyard dollar itirdi
Dünyanın ən varlı adamı İlon Mask 24 saat ərzində 15,5 milyard dollar itirib.
InterPress.ge xəbər verir ki, bu barədə Bloomberg - in Milyarderlər İndeksində qeyd olunub.
Məlumata görə, onun sərvəti 1 gündə 6%-dən çox azalaraq oktyabrın 4-nə 223 milyard təşkil edib.
İlin əvvəlindən ən varlı iş adamının sərvəti 47,8 milyard dollar azalıb, ancaq indiki azalma birbaşa olaraq “Tesla”nın səhmlərinin 4 ayda xeyli azalması ilə bağlıdır.
Bazar ertəsi elektron avtomobil şirkəti üçüncü rübün istehsalı və çatdırılması hesabatını açıqlayıb, nəticələr gözləniləndən daha az olub və səhmlər dərhal sonra 8%-dən çox düşüb.
Tesla-nın məlumatına görə, ilin üçüncü rübündə 365 min avtomobil istehsal edilib və 343 min ədədi müştərilərə təhvil verilib ki, bu da analitiklərin 364,660 ədədlik təxminlərinə uymayıb.


