04 
Okt
2022
22:23
335

Donetsk vilayətinin Liman şəhərində Ukrayna bayrağı qaldırılıb

Donetsk vilayətinin Liman şəhərində rəsmi olaraq Ukrayna bayrağı qaldırılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Donetsk Rayon Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko şəxsi "Telegram" kanalında məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski azad edilmiş yaşayış məntəqələrində sonrakı həyatın təşkili səlahiyyətini Donetsk Rayon Hərbi Administrasiyasına təhvil verib. Ukrayna torpaqlarımızı düşmənlərdən təmizlədiyi üçün silahlı qüvvələrimizə minnətdaram. Sakinlər xarabalıqları tərk edirlər. Halbuki, əsas odur ki, bura bizim torpağımızdır. Biz hər şeyi sıfırdan quracağıq", - Kirilenko yazıb.

O, həmçinin qeyd edib ki, işğalçılardan azad edilən qəsəbədə işlər maddi-texniki təminatın təşkilindən, humanitar yardımların gətirilməsindən, pensiyaların verilməsindən başlayır. Eyni zamanda o, təxliyyə olunanlara müraciət edərək qeyd edib ki, minatəmizləmə işləri davam etdiyindən və qarşıda çətin qış mövsümü olduğundan vətənə qayıtmaq hələ tezdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər