05 
Okt
2022
20:37
948

Vladimir Putin Zaporojye ilə bağlı yeni fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasının obyektlərinin Rusiyanın federal mülkiyyətinə verilməsi haqqında fərman verib.

InterPress.ge xəbər verir ki, Rusiya xəbər agentliklərinin məlumatına görə, bununla bağlı Kreml rəhbəri artıq müvafiq fərmanı imzalayıb.

"Rusiya Federasiyası Hökuməti Zaporojye Atom Elektrik Stansiyasının nüvə obyektlərinin və onun fəaliyyəti üçün zəruri olan digər əmlakın federal mülkiyyətə keçməsini təmin etməlidir", - sənəddə deyilir.

Putin öz fərmanı ilə Zaporojye Atom Elektrik Stansiyasının istismar təşkilatı statusunu təsis edib.

Putin Rusiya Federasiyası Nazirlər Kabinetinə 2028-ci ilə qədər stansiyanın fəaliyyətinin xüsusiyyətlərini, lisenziyalaşdırma və tənzimləmənin digər aspektlərini müəyyən etməyi tapşırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər