Avropa İttifaqı Ermənistana mülki missiya göndərir
Avropa İttifaqı Ermənistana mülki missiya göndərir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş nazirinin Praqada birgə görüşündən sonra yayılıb.
Bəyanatda qeyd edildiyinə görə, Aİ missiyasının məqsədi Azərbaycanla sərhədin delimitasiyası prosesində Ermənistana kömək etmək olacaq. Missiya oktyabrda işə başlayacaq və iki ay Ermənistanda qalacaq.
Aİ bildirib ki, onların missiyasının digər məqsədi iki ölkə arasında etimadı gücləndirməkdir.
Həmin bəyanatda qeyd olunub ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı “1991-ci il Alma-Ata Bəyannaməsinə” sadiq olduqlarını tanıyır.


