Şimali Koreya iki ballistik raket atıb
Şimali Koreya iki ballistik raket atıb.
InterPress.ge xəbər verir ki, bu barədə Qərb mətbuatı yazıb.
Məlumata görə, bu, sentyabrın 25-dən bəri yeddinci raket sınağıdır.
Cənubi Koreya rəsmiləri bildiriblər ki, Şimali Koreyanın raket buraxılışlarının artması Pxenyanın 2017-ci ildən bəri ilk dəfə nüvə sınaqlarını bərpa etməyə yaxın olduğunu göstərə bilər.
Yaponiyanın müdafiə naziri Toşiro İnonun sözlərinə görə, hər iki raket 100 kilometr hündürlüyə qalxıb və 350 kilometr uçub. Raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Yaponiya hakimiyyəti raketlərin sualtı qayıqdan buraxıla biləcəyini güman edirlər.
Şimali Koreya mətbuatının məlumatında deyilir: “Raket sınaqlarımız ABŞ-ın birbaşa hərbi təhdidlərindən ölkəmizin təhlükəsizliyini və regional sülhü qorumaq üçün adi, planlaşdırılmış müdafiə tədbiridir”.
Bundan əvvəl Cənubi Koreya və ABŞ birgə dəniz təlimləri keçirib.


