Oleksi Reznikov: "Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb"
"Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb".
InterPress.ge xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov deyib.
"Həqiqəti görmək və Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımağın vaxtıdır. Ukrayna və Litva artıq bunu edib, Estoniya isə hazırlaşır. Ukraynalılar kimi cəsarətli olun!" - deyə Ukraynanın müdafiə naziri bildirib.
Dünən Reznikov bildirib ki, Ukrayna xalqının cəsarəti heç vaxt terrorçuların raketləri ilə məhv edilməyəcək. Onun sözlərinə görə, ruslar onların müttəfiqlərinin gücünü sarsıda biməyəcəklər. Ukrayna müdafiə nazirinin qeyd etdiyinə görə, onların dönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir.
Dünən səhər saatlarında Ukrayna rəsmiləri Kiyev, Jitomir, Xmelnitsk, Dnepr, Vinatsa və Ternopolda partlayış səslərinin eşidildiyini bildiriblər.
Rusiya Ukrayna istiqamətində 83 raket atıb. Onlardan 41-i Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, dünən Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 19-a, yaralıların sayı isə 105-ə çatıb.


