11 
Okt
2022
19:22
360

Yens Stoltenberq: "Putinin qələbəsi təkcə Ukraynanın yox, həm də bizim məğlubiyyətimiz olacaq"

Putinin qələbəsi təkcə Ukraynanın yox, həm də bizim məğlubiyyətimiz olacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

"Hamımız üçün vacibdir ki, Ukrayna döyüşdə, onu işğal edən rus qoşunlarına qarşı müharibədə qalib gəlsin. Çünki Putin qalib gəlsə, bu, təkcə Ukrayna üçün böyük məğlubiyyət deyil, bizim hamımız üçün təhlükəli məğlubiyyət olacaq, çünki bu, dünyanı daha təhlükəli edəcək, biz isə Rusiyanın gələcək təcavüzünə qarşı daha həssas olacağıq",-Stoltenberq əlavə edib.

O vurğulayıb ki, NATO Ukraynadakı münaqişənin tərəfi deyil, "lakin bizim dəstəyimiz əsas rol oynayır", ona görə də alyansın silah ehtiyatlarını vaxtında doldurması vacibdir.

O, ümid etdiyini bildirib ki, bununla bağlı Alyansın müdafiə nazirləri sabah və ertəsi gün planlaşdırılan görüşlərdə müvafiq qərar qəbul edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər