12 
Okt
2022
11:37
306

Ruslar Nikopolu bombalayıb, ana və 6 yaşlı uşağı ağır yaralanıb

Rusiya qüvvələri Nikopol şəhərinə 100-dən çox mərmi atıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dnepropetrovsk Rayon Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində biri uşaq olmaqla üç nəfər ağır yaralanıb.

“Ruslar “Qradlar” və ağır artilleriyadan istifadə etməklə Nikopola 7 dəfə atəş açıblar. 100-dən çox mərmi atdılar. Fərdi evlərdən biri vurulub, 6 yaşlı qız və anası xəsarət alıb. Onlar başqa bir yaralı ilə birlikdə xəstəxanada ağır vəziyyətdədirlər”, - Rezniçenko bildirib.

Onun sözlərinə görə, şəhərdə otuzdan çox hündürmərtəbəli bina və fərdi yaşayış evləri, qaz xətləri, elektrik xətləri, iki uşaq bağçası, məktəb, mağazalar və digər tikililərə ziyan dəyib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər