Ukrayna Baş Qərargahı: Ruslar Donetsk vilayətində hücumu müvəqqəti dayandırmaq əmri alıblar
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Donetsk vilayətindəki rus bölmələri hücumu müvəqqəti dayandırmaq üçün ali rəhbərlikdən əmr alır.
InterPress.ge xəbər verir ki, Baş Qərargah məlumatı Facebook-da dərc edib.
Baş Qərargahdan bildiriblər ki, bu əmrin verilməsinə əsas səbəb səfərbər olunan insanların mənəvi-psixoloji durumunun son dərəcə aşağı olması və bir çox fərarilik faktlarıdır. Həmçinin, səbəblərdən biri səfərbər olunanların döyüş əmrlərinə tabe olmamasıdır.
Məlum olduğuna görə, işğalçılar son sutkada Donetskin infrastrukturuna və mülki obyektlərinə 7 raket zərbəsi endiriblər.
Həmçinin, dünən Rusiya işğalçılarının müvəqqəti işğal olunmuş ərazilərdə öz mövqelərini qoruyub saxlamağa, o cümlədən Ukrayna Müdafiə Qüvvələrinin əks-hücumlarını dəf etməyə cəmləşərək hücum hərəkətləri həyata keçirməyə cəhd göstərdiyi bildirilir.


