13 
Okt
2022
15:42
469

Rusiya ilk dəfə səfərbərlik yolu ilə Ukraynaya göndərilən əsgərlərin ölümünü etiraf etdi

Rusiya ilk dəfə səfərbərlik yolu ilə Ukraynaya göndərilən əsgərlərin ölümünü etiraf edib.

InterPress.ge xəbər verir ki, bu barədə Çelyabinsk qubernatoru Aleksey Teksler məlumat verib.

Onun sözlərinə görə, hərbi komissiya 5 çağırışçının ölümünü təsdiqləyib.

“Biz həlak olan əsgərlərin ailələrinə hər cür yardım göstərəcəyik. Federal yardımla birlikdə onlara sürətləndirilmiş şəkildə adambaşına bir milyon rubl ayrılacaq”, - deyə o bildirib.

Rusiyada sentyabrın 21-də “qismən səfərbərlik” elan edilib.Putinin sözlərinə görə, çağırış yalnız ehtiyatda olan və müvafiq hərbi təcrübəyə malik olan vətəndaşlara şamil edilir. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, orduya 300 min nəfərin cəlb edilməsi planlaşdırılır.

Səfərbərlik elan edildikdən sonra Rusiyada etiraz aksiyaları başlayıb və səfərbərlikdən yayınmaq istəyən vətəndaşlar kütləvi şəkildə ölkəni tərk edirlər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər