AVROPA ƏDALƏT MƏHKƏMƏSİ
Avropa Ədalət Məhkəməsinin təməli 1952-ci ildə qoyulub və Lüksemburqda yerləşir, Avropa Ədalət Məhkəməsi iki ayrı-ayrı məhkəmələrdən ibarətdir: Ədalət Məhkəməsi (Court of Jusice), Ümumi Məhkəmə (General Court). Məhkəmə Avropa İttifaqının qanunlarının şərhini təmin edir ki, bu və ya digər qanun bütün üzv ölkələrində eyni şəkidə tətbiq olunsun. Məhkəmə Avropa İttifaqının hökumətləri və qurumları arasında baş qaldırmış mübahisələri nəzərdən kecirir. Bundan başqa, Avropa İttifaqının qurumlarının onların hüquqlarını pozduqlarını düşündükləri halda, fərdlər, şirkətlər və təşkilatlar da məhkəməyə müraciət edə bilərlər. Bütün üzv ölkənin məhkəmədə öz hakimi var. Nəticədə bu qurumda cəmi 27 hakim var. Hakimlərə baş vəkillər (cəmi 11) köməklik edirlər və onların başlıca vəzifələri təqdim edilən işlər üzrə peşkar fikir bildirməkdir. Məhkəmədə şikayətlərin təhili iki mərhələdə dəvam edir: yazılı və şifalı mərhələlər. Birinci növbədə, mübahisədə iştirak edən tərəflər prosesə cavabdeh olan hakimə yazılı ərizə verirlər. Hakim bu ərizəni yekunlaşdırıraq rəy yazır. İkinci mərhələdə işin şifahi dinlənməsi başlanır. İşin ağırlığından irəli gələrək, proses 3,5,15 və ya bütün hakimlərin iştiraki ilə keçirilə biler. Dinləmədə baş vəkillər iştirak edirlər, onlar işlə bağlı suallar verir və öz fikirlərini söyləyirlər. Hökm səs coxluğu ilə çıxarılır və açıq oxunur.
Müəllif: Sunarə Qurbanova


