Gürcüstanda külli miqdarda aksizsiz siqaret daşıyan iki nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları aksiz markası ilə markalanmalı olan malların, xüsusilə də aksizsiz siqaretlərin külli miqdarda saxlanılması və daşınması ittihamı ilə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri aksiz markası vurulması məcburi olan külli miqdarda aksizsiz siqareti daşıyarkən saxlayıblar.
Əməliyyat zamanı polis tərəfindən 56 min laridən artıq dəyəri olan aksizsiz siqaretlər maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


