27 
Fev
2023
15:20
612

Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarına ŞAD XƏBƏR

Ukrayna vətəndaşlarının Gürcüstanda qanuni yaşamaq hüququ bir il müddətinə uzadılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin fevralın 24-də qəbul etdiyi qərarda qeyd olunub.

Baş nazirin imzaladığı sərəncama əsasən, vətəndaşları Gürcüstana vizasız gedə biləcək ölkələrin siyahısında dəyişiklik edilib.

O cümlədən, bu qaydaya əsasən, hökumətin müəyyən etdiyi ölkə vətəndaşları Gürcüstanda 1 il vizasız qala bilərlər. Lakin 24 fevral 2023-cü il tarixli qərara əsasən, Ukrayna vətəndaşları istisnadır və onlar Gürcüstanda 2 il müddətinə vizasız qala biləcəklər.

Bizimlə əlaqə saxlayın