02 
Iyn
2023
20:29
503

Zurabişvili: "Saakaşvili ilə də yaxşı rəftar edilməli və yaxşı qayğı göstərilməlidir"

Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini əfv edib-etməmək ölkəyə dəymiş ziyanı dəyişəcək məsələ deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Fransanın “France 24” telekanalına müsahibəsində danışıb.

Prezident hesab edir ki, dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlər kimi Saakaşvili ilə də “yaxşı rəftar edilməlidir”.

“Mən bunu bilirəm. Buna görə üzr istəyirəm, bu vəziyyəti yüngülləşdirmək üçün bir neçə şey edirəm. Lakin vurulan ziyan hökumətin verdiyi qərarlarla edilir və əfv edib-etməmək əslində bu zərəri geri qaytaracaq şey deyil.

Düşünürəm ki, ona [Saakaşviliyə] yaxşı qayğı göstərilməlidir və mən bunu yüksək səslə deyirəm - dünyanın bir çox başqa prezidentləri kimi həbsə məhkum edilib. Bizim bildiyimiz elektron bilərziklər və Avropa İttifaqına daxil olacaq ölkə üçün daha uyğun olan digər formalar var”, - Zurabişvili bildirib.

Jurnalistin “status-kvonu saxlamaq istəyib-istəmədiyini” sualına Zurabişvili “hüquqi mülahizələrin” olduğunu deyib və “izahlara girməkdən” çəkindiyini qeyd edib.

Bizimlə əlaqə saxlayın