10 
Iyn
2023
12:02
514

Gürcüstanda unun idxalına idxal rüsumu tətbiq olunacaq

Gürcüstanda unun idxalına müvəqqəti idxal rüsumu tətbiq olunacaq.

InterPress.ge xəbər verir ki, artıq hökumətin qərarı dərc olunub.

Sənəddən aydın olduğu kimi, dəyişiklik iyunun 12-dən qüvvəyə minəcək və noyabrın 1-dək qüvvədə olacaq.

Ödənişə gəlincə, qərara əsasən, 200 kq-dan yuxarı hər 1 kq üçün 20 tetri rüsum tətbiq olunacaq ki, bu da hər ton üçün 200 lari təşkil edir. Sözügedən rüsum biznes və sahibkarlar tərəfindən də tələb edilib.

Bundan əlavə, Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidze bəyan edib ki, hər ton üçün 200 lari tətbiq edilsə, sosial çörəyin qiyməti artmayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər