
Qardabanidə koronavirusa yoluxanların sayı artdı - vəziyyətlə bağlı açıqlama verildi
"Koronavirusun 24 yeni halından çoxunun mənbəyi bəllidir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Onun sözlərinə görə bu hal fövqəladə və panik deyil çünki hal-hazırda vəziyyət idarəolunandır.
Onun bildirdiyinə görə, mütəxəssislər tərəfindən işıqlandırılan bütün tövsiyyələrə əhali riayət etməlidir.
"Koronavirusun yeni hallarından çoxunun mənbəyi məlumdur. 10 halın mənbəyi Qardaban bələdiyyəsinin Qaçiani kındindən, 5-i virus daşıyıcıları ilə təmas 7-si daxil edilmədir. Buradan 5-i yük avtomobili sürücüsüdür. 2 koronavirus halının mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. 24 koronavirus halından 22-nin mənbəyi bəllidir ", - dedi Amiran Qamğrelidze.
"Təəssüflər olsun ki, əhali işıqlandırılan tövsiyyələrə diqqət etmir. Biz diqqətli olmalıyıq çünki virus heç yerə getməyib o, bizimlədir. Virusu idarə edirik lakin tövsiyyələrə riayət etmək mütləqdir. Tövsiyyələrə riayət edilsə 15, 20, 30 hal qeydə alınmayacaq. Artım gözlənilən idi çünki məhdudiyyətlər yumşaldıqca hal artır. Bu digər dövlətlərdə də belədir. Əsas odur ki, epidemioloji vəziyyət idarə olunsun", - deyə Qamğrelidze bildirib.
Onun sözlərinə görə Qardabani bələdiyyəsində koronavirusun prevensiyası məqsədilə ölçülər sərtləşdirilib və əhali termoskrininqə cəlb edilib.