15 
Iyn
2023
23:27
413

Acarada iqtidar və müxalifət nümayəndələri arasında qarşıdurma baş verib

Acara Ali Şurasında səs-küy yaranıb. “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”ın üzvləri arasında qarşıdurma yaranıb.

InterPress.ge xəbər verir ki, deputatlar bir-birini şifahi təhqir edib, vəziyyət o qədər gərginləşib ki, iqtidar komandası ilə müxalifət nümayəndələri arasında yaranmış qarşıdurmanı aradan qaldırmaq üçün mühafizəçilərin müdaxiləsi zəruri olub.

“Vahid Milli Hərəkat”ın üzvü Giorgi Kirtadze Acara hökumətinin sədrini “Radiosm” otelində rus zabitləri ilə əylənməkdə ittiham edib. Giorgi Kirtadze hökumət sədrindən Arçil Çikovani və Tornike Rijvadzenin rus zabitləri ilə əylənərək rus zabitlərinin şərəfinə musiqi dinlədikləri barədə məlumatı təkzib etməyi xahiş edib.

“Cənab Tornike, bizə deyin ki, siz bu mahnını rus zabitləri ilə birlikdə dinləyirdinizmi, uşaqlarınıza and içirsiniz, dinləyirdiniz, yoxsa yox. Əlimdə səs yazısı var, onu sizə təqdim edirəm", - Giorgi Kirtadze Acara hökumətinin sədrinə müraciət edib.

Tornike Rijvadze müxalifət nümayəndələrinə bildirib ki, onların əsassız ittihamları var.

“Mən o mahnılara qulaq asmıram, dinləyirsən dinlə. Aydın olmayan qeydlərlə və əsassız ittihamlarla və ya övladlarıma and içməyi tələb etməklə, bu nə deməkdir, harda oxumusunuz, hansı şəhərdə, hansı ölkədə oxumusunuz, ayıbdır”, - Tornike Rijvadze bildirib.

Bundan əlavə, Tornike Rijvadze dinlədiyi mahnıların siyahısını da adlandırıb.

“Dinlədiyim “pleylist”i sizə verəcəm: “Gözəl Gürcüstan”, “Yağış xatirələri isladır”, “Səni bir dəfə öpüb gedəcəm”, - Tornike Rijvadze müxalifət üzvlərinə deyib. 

Bizimlə əlaqə saxlayın