22 
Iyl
2020
14:10
1344

Amiran Qamğrelidze Qardabani sakinlərinə müraciət etdi

"Qaçiani kəndində test proseslərinə əhalinin tələbatı aşağıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin qeyd edib.

Onun bildirdiyinə görə sözügedən kəntdə 1000 nəfərdə tədqiqatlar aparılması mümkün olduğu halda 6 tibbi heyət əhalinin yalnız 350 nəfərində tədqiqat apara biliblər. Qamğrelidze əhalini tibbi heyətlə əməkdaşlıq etməyə çağırır.

"Təəssüfedicidir ki, hazırkı mərhələdə Kvemo Kartli bölgəsində Qardabani bələdiyyəsinin Qaçiani kəndi qaynar xətt olaraq qalmaqdadır. Qaçianiyə 3 kənd daxildir: Qaracalar, Ağtəhlə və Qaratəhlə. Bu günki təsdiqlənmiş 24 yoluxma halından 10 - u Qaçianiyə aiddir. Orada ciddi tədbirlər həyata keçirilir. Bütün girişlərdə və çıxışlarda termoskrininq keçirilir. Biz dünən orada geniş tədqiqatlara başladıq. 3 kəndin 7 min əhalisi var və biz bütün əhalini tədqiqatlardan keçirmək istədik. Hesab edirik ki, əhalinin 5-10 faizi virusa yoluxub və onlara vaxtında izolyasiya tədbirləri keçirilməlidir. 3 kəndin əhalisindən Rustavi bazarında Lilo bazarında və s. İşləyənlər var. Təəssüflər olsun ki, əhalinin tədqiqatlara marağı çox aşağı səviyyədədir. Dünən 6 briqadamız Qaçianidə çalışsa da, 350-dən çox nümunə götürə bilmədik. 6 briqadanın orta tutumu 700-1000 nümunə götürməsidir. Lakin biz yalnız 350 nəfərdə tədqiqat apardıq və bunlar arasında 10-u müsbət cavab idi. Bir sözlə, orada infeksiya ciddidir və əhalini tibb işçiləri ilə daha çox əməkdaşlığa çağırıram ", - deyə Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər