29 
Iyn
2023
23:41
718

Gürcüstan Dəmir Yolları bəyanat yayır: "Batumi Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb"

Xaraqauli bələdiyyəsinin Babı kəndi yaxınlığında yağan güclü yağış nəticəsində drenaj quyularından daşmış külli miqdarda su relsləri basıb, həmçinin relslərə yaxın torpaq çöküb. Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb.

InterPress.ge xəbər verir ki bu barədə 
“Gürcüstan Dəmir Yolları” QSC məlumat yayıb. 

Dəmiryolunun açıqlamasında qeyd edilir ki, indiki mərhələdə hərəkətin bərpası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil.

“Hörmətli sərnişinlər, qərb istiqamətində yağan güclü yağış nəticəsində Babı kəndi yaxınlığındakı drenaj quyularından külli miqdarda su daşaraq relsləri basıb. Bu da relslərə bitişik torpağın çökməsinə səbəb olub. Hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. O cümlədən, Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb. Gürcüstan Dəmir Yolları işçi qüvvəsini maksimum səfərbər edib və təmizləmə/bərpa işləri davam edir. İndiki mərhələdə nəqliyyatın hərəkətinin bərpası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Qısa müddət ərzində məlumatları yeniləyəcəyik”, - “Gürcüstan Dəmir Yolları”nın yaydığı məlumatda qeyd edilir.

Bizimlə əlaqə saxlayın