Baş nazir abituriyentlərə uğurlar arzulayıb
"Əziz abituriyentlər, sizin hər birinizə vahid milli imtahanların bütün mərhələlərində və seçdiyiniz yeni həyat yolunda uğurlar arzulayıram".
InterPress.ge xəbər verir ki, İrakli Ğaribaşvili bu barədə sosial şəbəkədə yazıb.
“Əminəm ki, siz ölkəmizin inkişafında, tərəqqisində öz sözünüzü deyəcək, daha yaxşı gələcək yaratmaq üçün qazandığınız bilik və təcrübənizi əsirgəməyəcəksiniz.
Müasir dünyanın yeni çətinlikləri və getdikcə mütərəqqi tələbləri şəraitində sizin kimi istedadlı, zəhmətkeş və məqsədyönlü gənclər ölkəmizin ümididir.
Öz tərəfimizdən Gürcüstan hökuməti də gələcəkdə sizin üçün daha keyfiyyətli təhsil və təhlükəsiz gələcək yaratmaq üçün qayğı göstərəcək.
Burada imtahan prosesinin yüksək səviyyədə təşkilini təmin edən hər kəsə, abituriyentlərin sakit və komfortlu mühiti olması üçün səylərini əsirgəməyən hər kəsə öz təşəkkürümü bildirirəm. Həyatınızın bu mühüm mərhələsini ləyaqətlə keçdiyiniz üçün sizi əvvəlcədən təbrik edirəm”, - Baş nazir yazıb.


