21 
Iyl
2023
16:37
300

Almaniya Ukraynaya Leopard 1A5 döyüş tanklarının ilk partiyasını verib

Almaniya Ukraynaya Leopard 1A5 döyüş tanklarının ilk partiyasını verib.

InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mətbuatı Almaniya hökumətinin saytında yerləşdirilmiş məlumat əsasında dərc edib.

O cümlədən, 10 ədəd Leopard 1A5 tankı artıq Ukraynaya çatdırılıb. Gələcəkdə ölkə Danimarka ilə birgə həyata keçirdiyi layihə çərçivəsində daha 100 belə tankı Ukrayna silahlı qüvvələrinə vermək niyyətindədir.

Bundan əlavə, Almaniya Ukraynaya ağır zirehli maşınlar üçün, xüsusilə Leopard 2 tankları, Marder piyada döyüş maşınları və Dachs mühəndis maşınları üçün 20 ədəd MG3 pulemyotu verib.

Bundan əlavə, Ukraynaya 1305 ədəd 155 mm çaplı artilleriya sursatı və 2 064 ədəd 155 mm-lik tüstü çıxaran sursat çatdırılıb.

Ukrayna həmçinin dörd əlavə sərhəd patrul maşını, 10 mobil yerüstü müşahidə radarı, 16 Zetros yük maşını və 100 000 ilk tibbi yardım dəsti alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər