27 
Iyl
2023
13:58
280

Putin: " Afrika yeni, çoxqütblü dünyada Rusiyanın əsas tərəfdaşlarından birinə çevriləcək"

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Afrika Rusiyanın “yeni, çoxqütblü dünyada” əsas tərəfdaşlarından birinə çevriləcək.

InterPress.ge xəbər verir ki, CNN-in məlumatına görə, Putin bu barədə Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitinin açılış mərasimində bildirib.

CNN onu da qeyd edib ki, gündəmin əsas mövzusu çox güman ki, Rusiyanın taxıl sazişindən çıxması olacaq.

“Ukraynaya qarşı müharibəyə görə diplomatik təcrid vəziyyətinə düşmüş Putin üçün belə yüksək səviyyəli sammitlər nadir haldır. Sankt-Peterburq sammitində Cənubi Afrika prezidenti Siril Ramafosa da daxil olmaqla cəmi 17 Afrika lideri iştirak edir, 2019-cu ildə keçirilən əvvəlki sammitdə isə liderlərin sayı iki dəfə çox idi", - Deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər