09 
Okt
2026
09:54
73

ABŞ 2009-cu ildə 13 nəfəri öldürən şəxsin güllələnərək edamını canlı yayımlayacaq

ABŞ 2009-cu ildə “Fort-Hud” hərbi bazasında 13 nəfəri öldürən şəxsin güllələnərək edam edilməsi prosesini canlı yayımlamağı planlaşdırır. Reuters agentliyi Pentaqona istinadən məlumat yayıb.

InterPress.ge xəbər verir ki, Reuters-in məlumatına görə, bu, ABŞ-da edam prosesinin televiziya və ya digər yayım vasitələri ilə canlı yayımlanması baxımından görünməmiş hadisə olacaq.

ABŞ ordusunun keçmiş psixiatrı, hazırda 56 yaşında olan Nidal Həsən 1945-ci ildən sonra ABŞ Silahlı Qüvvələri tərəfindən güllələnərək edam ediləcək ilk şəxs olacaq.

ABŞ-ın müdafiə naziri Pit Heqset sosial şəbəkə X-də paylaşım edərək Həsənin edam prosesinin canlı yayımlanmasının planlaşdırıldığını təsdiqləyib.

“Heç kimin bunu görməməsi üçün səbəb olmayacaq və proses ictimaiyyət üçün açıq olacaq. İnsanlar bu cür əməllərin ciddi nəticələrinin olduğunu anlamalıdırlar”, – deyə Heqset bildirib.

Həsənin son istəyinin olub-olmaması ilə bağlı suala cavab verən Heqset isə belə deyib: “Məni maraqlandırmır. Onu dekabrın 3-də görəcəyik”.

Hərbi məhkəmənin andlılar heyəti 2013-cü ilin avqustunda Həsəni qəsdən adam öldürmənin 13 və qəsdən adam öldürməyə cəhdin 32 epizodu üzrə təqsirli bilərək ölüm hökmünə məhkum edib. Beləliklə, ona qarşı ümumilikdə 45 ittiham epizodu üzrə hökm çıxarılıb.

Atışma Həsənin Əfqanıstanda hərbi xidmət keçmək üçün göndərilməsinə bir neçə həftə qalmış baş verib. Saxlanılarkən polis tərəfindən açılan atəş nəticəsində yaralanan Həsən qismən iflic olub və əlil arabasından istifadə etməyə məcbur qalıb.

ABŞ-ın hərbi qanunvericiliyinə əsasən, güllələnmə yolu ilə ölüm hökmünün icrası prezident tərəfindən təsdiqlənməlidir. Pentaqonun açıqlamasına görə, Prezident Donald Tramp müdafiə naziri Pit Heqsetin tövsiyəsi əsasında bu qərarı artıq təsdiqləyib.

Bizimlə əlaqə saxlayın