Gürcüstanda 4 nəfərlik bir ailənin dolanması üçün nə qədər pul lazımdır?
2020-ci ilin iyun ayının statistikasına nəzərən Gürcüstanda minimum aylıq orta yaşam xərci 165.3 lari, dörd nəfərlik bir ailənin yaşayış səviyyəsi isə 330.5 lari təşkil edir.
InterPress.ge-nin rəsmi statistikaya istinadən məlumatına görə, Gürcüstanda 1 nəfər üçün orta aylıq xərc 2019-cu ildə 223.4 lari təşkil edib.
Sakstatın məlumatına görə, orta aylıq xərclərə daxildir – qida, içki, tütün, paltar, təhsil, ayaqqabı, səhiyyə, nəqliyyat, qaz, işıq, məişət üçün vasitələr və s.
İçki və siqaret- 84.5 lari
Paltar və ayaqqabı- 9.3 lari
Məişət vasitələri üçün – 8 lari
Səhiyyə üçün- 26.4 lari
Kommunla ( işıq və qaz)- 28.8 lari
Nəqliyyat- 26.8 lari
Təhsil- 6.2 lari
Digər xərclər isə- 33.4 lari.
Bu statistikaya dayanaraq belə hesab etmək olar ki, 4 üzvlü ailənin minimum orta aylıq xərci 893.6 laridir.
Xatırladaq ki, buraya qida, içki, nəqliyyat, səhiyyə və s. Daxildir.
Gəlirlərə gəldikdə isə, sakstata görə, 2019-cu ildə orta aylıq gəlir 1 nəfər üçün 283.9 lari idi.
Qeyd edək ki, maddi gəlirə - işçi, özüməşğulluq, kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlir, pensiya, göndərilmə və s. Daxildir.


